PSJ iki almandan birini baş məşqçi postuna gətirəcək

15:44 30 Mart 2018

PSJ növbəti mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Paris təmsilçisi hazırda Liqa 1-də lider olsa da, Çempionlar Liqasının 1/8 finalında “Real”a məğlubiyyət klub rəhbərliyini narazı salıb. Buna görə, rəhbərlik baş məşqçi Unay Emeri ilə mövsümün sonunda yollarını ayırmağa hazırlaşır.

 

Fransanın “Ekip” nəşrinin yaydığı məlumata görə, PSJ rəhbərliyi klubun “sükanı arxasına” alman məşqçi gətirməyi planlaşdırır. Belə ki, Paris təmsilçisinin rəhbərliyi Almaniya yığmasının baş məşqçisi Yoahim Löv və hazırda işsiz olan Tomas Tuxel arasında seçim edəcək.

 

Xəbərdə PSJ-nin idman direktoru Antero Enrikenin dünya çempionatından öncə Lövlə görüşməyi planlaşdırdığı da vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti