Məşhur xanım müğənni "Qalatasaray"ın prezidenti ola bilər

16:35 30 Mart 2018

Türkiyəli məşhur müğənni Candan Ərçətin “Qalatasaray” klubunun prezidenti vəzifəsinə namizəd olacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Habertürk” nəşri iddia ilə çıxış edib. Qəzet bildirib ki, məsələ ilə bağlı müğənni ilə danışıqlar aparılıb və simvolik prezidentliklə güclü idarəetmənin qurulması planlaşdırılır:

 

“Uzaq bir ehtimal kimi görünsə də, Candan Ərçetin gündəmdə var. Özü ilə də danışıqlar aparılıb. Nə "hə" deyib, nə də yox”.

 

“Qalatasaraylılar dərnəyi”nin 100-cü ilində prezidentlik edən, klubun idarəetmə heyətində də yer alan müğənninin simvolik prezidentliklə bağlı araşdırmaları var. Onun səsvermədə ən böyük rəqibinin isə Mustafa Cengiz olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti