İngiltərə millisinin və "Lester"in forvardı Ceymi Vardinin son fotosu gündəmi zəbt edib.
Sportarena.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ulduz hücumçu yığmanın məşqinə bir qutu nikotinlə gedib və obyektivə tuş gəlib. Vardinin əlindəki nikotin qutusu və enerji içkisi WADA tərəfindən qadağan olunmuş preparatlar siyahısındadı. Bu maddələr ürək döyüntüsünü sürətləndirdiyi üçün oyun günləri istifadəsi qadağandı. Bu üzdən futbolçu anti-dopinq qaydalarını pozmuş sayılır.
Bir müddət əvvələ qədər siqaret aludəçisi olan Ceymi nikotin və enerji içkilərini müntəzəm qəbul edir.