Millimizin və Türkiyə birinci liqa təmsilçisi “Samsunspor”un futbolçusu Ufuk Budakın zədəsi sağalmayıb.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə bir müddət öncə Almaniyada müalicə alan müdafiəçinin zədəsinin davam etdiyi qeyd edilib. 27 yaşlı futbolçu hazırda zədəsini Samsunda müalicə edir. Futbolçu aprelin 2-də “Adanaspor”la keçiriləcək çempionat matçını buraxmalı olacaq. Bir müddət öncə Budakın məşqlərə başladığı barədə xəbər yayılmışdı.
Xatırladaq ki, millimizin üzvü bu ayın 11-də, birinci liqanın “Qaziantepspor”la səfər oyununda zədələnmişdi. Ufuk millimizin Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarına dəvət alsa da, zədə səbəbindən öz xahişi ilə heyətdən çıxarılmışdı.