17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 9-dan 16-dək Bosniya və Herseqovinada təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək.
Sportarena.az xəbər verir ki, turnirə hazırlıq məqsədilə komanda aprelin 3-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Yığmamızın oyunlarının təqvimi və komandanın heyəti müəyyənləşib. Diqqət çəkən məqam siyahıda "Qarabağ"ın və milli komandanın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanovun adının siyahıda olmasıdı. Musa ilk dəfə U-17 yığmamızın düşərgəsinə cəlb olunub.
11 aprel. Saat 10:30
Azərbaycan - Makedoniya
13 aprel. Saat 14:00
Xorvatiya - Azərbaycan
15 aprel. Saat 10:30
Azərbaycan - Bosniya və Herseqovina
Heyətdə bu futbolçular yer alıb:
Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Samir Məhərrəmli, Rauf Məhərrəmov (hamısı “Qəbələ”), Məhəmməd Əhmədov (“Vətən”), Mahir Həsənov, Fərid Yusifli, Valeh Qəhrəmanlı (hamısı “Neftçi”), Ramin Məhərrəmov, Fərid Muxtarov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı “Keşlə”), Nemət Musayev (“Kəpəz”), Emil Bayramov (“BRW - Sport”, Ukrayna), Abubəkir İbragimov (“Mahaçqala”, Rusiya), Eldar Quliyev, Tuqay Əlizadə (hər ikisi “Şaxtyor”, Ukrayna), Musa Qurbanlı (“Qarabağ”), Cəlal Cəbrayılov, Cavidan Abbaszadə (hər ikisi “Sumqayıt”).