AFFA-nın Cocuq Mərcanlıdakı forma biabırçılığı - FOTOLAR

16:08 2 Aprel 2018

AFFA-nın təşkilatçılığı ilə martın 27-dən 29-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Cəsur ürəklər” adlı festival keçirilib.

 

Layihənin 2016-cı ilin bu günlərində Azərbaycan ordusunun şanlı qələbəsindən sonra azad edilən Cocuq Mərcanlıda keçirilməsi alqışalayiq olsa da, təşkilatçılıq heç də ürəkaçan səviyyədə olmayıb.

 

 

UEFA-nın "Children Foundation" layihəsinin dəstəyi ilə Cocuq Mərcanlıya səfər edən AFFA nümayəndələrinin uşaqlara təqdim etdiyi formalar diqqət çəkib. Onlar böyük həvəslə festivala qatılan uşaqlara ölçülərindən xeyli böyük formalar verib. Əlbəttə, yeni həyata qədəm qoyan və futbolla ilk dəfə belə yaxından tanış olan kənd sakinləri üçün bu məqam elə də önəmli olmasa da, federasiyanın bu diqqətsizliyi biabırçılıqdan başqa bir şey deyil.

 

 

Maliyyənin UEFA tərəfindən ayrıldığını nəzərə alsaq, AFFA bu festivala xüsusi həssaslıqla və daha peşəkar yanaşmalı idi. Uşaqların futbolla tanışlığından əlavə, onlara daha yaxşı şərait yaratmaq lazımdı. Kor-təbii şəkildə böyük ölçülü formalar hazırlamaqdansa, festivala qatılacaq uşaqların yaşını və fiziki göstəricilərini nəzərə almaq olardı. Bu, AFFA kimi imkanları və şəraiti heç də pis olmayan qurum üçün çətin bir şey deyildi.

 


Digər xəbərlər

Xəbər xətti