Aprelin 3-dən 6-dək İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçiriləcək.
Sportarena.az xəbər verir ki, seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edəcək. AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq edəcəyi nümayəndə heyəti hazırda PRO kurslarında təhsil alan aşağıdakı məşqçilərdən ibarət olacaq:
Samir Abasov, Mik Bennett, Elşad Əhmədov, Baba Əsgərov, Siyasət Əsgərov, Zaur Həşimov, Vüqar Məmməd, Ramin Quliyev, Qurbanov Mahmud, Rəhmanov Elçin, Sadıqov Rəşad