Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Sumqayıt" "Qəbələ"nin qonağı olub.
Sportarena.az xəbər verir ki, 1:1 hesablı heç-heçənin qeydə alındığı görüşdən sonra qonaqların baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlərini bölüşüb:
"Qəbələ"ni bütün komponentlərdə üstələyə bildik. Qalib gəlmək üçün yetərincə imkanlarımız vardı. Fərqli qazonlarla məşq etmək öz sözünü deyirdi. Oyun ağır gedirdi. Bu, fiziki durumla bağlı deyildi. İnanırdıq ki, Qəbələdə nəsə edə bilərik. 2-ci yerdə gedən komandadan səfərdə xal alırıqsa, bu, yaxşı haldı".