Soni Mustivar: "Topa zərbə endirə bilməsəm də, yaxşı ötürmə alındı"

05:11 3 Aprel 2018

“Neftçi”nin yeni transferi Soni Mustivar Topaz Premyer Liqasının 21-ci turunun “Səbail”lə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Azərbaycan Premyer Liqasındada ilk oyununuzu keçirdiniz. Təəssüratlarınız necədi?
- Fikrimcə, olduqca sürətli və gərgin çempionatdı. Elə oyunumuz da çox maraqlı alındı. İntensivlik yüksək idi.

 

- Bura gələnə qədər təxminən 2 ay futbol oynamamısınız. Meydanda hər hansı çətinlik yox idi?
- Sonuncu klubumla müqavilə müddəti bitmişdi. Ona görə 2 ay klubsuz qaldım. Daha sonra “Neftçi”nin nümayəndələri mənimlə əlaqə saxladılar və dedilər ki, belə bir variant var. Araşdırdım, gördüm ki, yaxşı, tarixi zəngin olan komandadır Sonda razılıq verdim.

 

- “Qarabağ”da Haiti millisindəki komanda yoldaşın Donald Gerye çıxış edir. “Neftçi”dən təklif alanda onunla məsləhətləşdiniz?
- Əlbəttə, onunla danışdım. Bundan sonra bildim ki, Bakıda həyat necədi. Çempionat haqda da bəzi şeyləri soruşdum. Bildirdi ki, Premyer Liqanın səviyyəsi yaxşıdı. Əsas bunları danışdıq.

 

- Oyuna daxil olduqdan dərhal sonra qol vurmaq üçün əla fürsət yaxaladınız. Amma zərbə kuryoz alındı. Deyəsən, həyəcanlandınız...
- (Gülür) Topu bilərəkdən buraxmadım. Yaxşı epizod idi. Topun trayektoriyasını düz hesablamadım. Həyəcanla heç bir əlaqəsi yoxdu. Topa zərbə endirə bilməsəm də, yaxşı ötürmə alındı.


Digər xəbərlər

Xəbər xətti