Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 29-cu turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Adanaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Ufuk bu görüşün iştirakçısı olmayıb. Zədəli olan, buna görə millimizin son toplanışına da qatılmayan futbolçu hazırda müalicə alır.
“Samsunspor” hazırda 33 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.