U-15 Liqası: 23-cü tur yarımçıq qaldı

11:34 3 Aprel 2018

Aprelin 1-də 3 oyunla “Boulevard U-15 Liqası"nda 23-cü tura yekun vuruldu. Cümə günü baş tutan «Viləş» - İsgəndər Cavadov BFA (1:0) oyunu haqqında məlumat vermişdik. Şənbə günü keçirilməsi nəzərdə tutulan 4 qarşılaşmadan 3-ü  - «Vətən» - «Zirə», «Səbail» - «Keşlə» və «Qarabağ» - «Kəpəz» matçları küləkli hava şəraitinə görə qeyri-müəyyən vaxta təxirə salınıb. Həmin gün keçirilməli olan «Qəbələ» - İOEUGİM matçı isə bazar gününə təyin edilmişdi.

 

«Qəbələ» - İOEUGİM 5:1

Qollar: Kamal Kazımov, 9 (ötürmə Orxan Səlimov); Süleyman Damadayev, 15 (Asif Məmmədov); Kamal Kazımov, 43 (Mehrac Baxşəliyev); Mehrac Baxşəliyev, 50 (Emil Süleymanov); Mehrac Baxşəliyev, 55 (İxtiyar Məmiyev) – Ömər Əhmədli, 69 (Harun Abbasov).

 

«Neftçi» - «Neftçi» İK İB 2:0

Qollar: Cavanşir Şahbazlı, 7 (Nihad Cəfərov); Rəvan Nağıyev, 22 (Anar Yusifov).

 

«Turan» - «Zaqatala» 0:0

 

U-15 Liqasında 24-cü turun oyunları aprelin 7-8-də keçiriləcək: «Neftçi» İK İB – «Qarabağ», «Kəpəz» - «Qəbələ», İOEUGİM – «Səbail», «Keşlə» - «Viləş», İsgəndər Cavadov BFA – «Vətən», «Zirə» - «Turan», «Zaqatala» - «Sumqayıt». Oyunların başlama saatı və yeri haqqında əlavə məlumat verəcəyik.

Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ») – 25 qol, Elvin Abdullayev («Vətən») – 24 qol.

 

«Het-trik news» qəzetinin layihəsi


Xəbər xətti