Kintana üçün əlamətdar tur

12:17 3 Aprel 2018

Topaz Premyer Liqasının 21-ci turunun “Keşlə” ilə ev oyunu (1:1) “Qarabağ”ın futbolçusu Dani Kintana üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Ağdam klubunun heyətində 100-cü matçını keçirib. Yubiley qarşılaşmasının iştirakçısı bu görüşlərdə 26 qol sevinci yaşayıb. Kintana Azərbaycan çempionatlarında 63 (21 qol), Azərbaycan kubokunda 9 (2 qol), avrokuboklarda 28 (3 qol) dəfə “Qarabağ”ın formasını geyinib. Dani Ağdam klubunun tarixində 100 və daha çox matç keçirən 43-cü futbolçu olub.

 

Qeyd edək ki, ispaniyalı futbolçu 2015-ci il iyulun 15-də Çempionlar Liqasının “Rudar” (Monteneqro) ilə ev oyununda (0:0) indiki klubunda debüt edib.


Digər xəbərlər

Xəbər xətti