Rəşad Sadiqov karyerası ilə bağlı mühüm qərar verdi - ÖZƏL

13:24 3 Aprel 2018

"Neftçi"nin futbolçusu Rəşad Sadiqov mövsümün sonunda futbolçu karyerasını bitirəcək.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, futbolçunun özü bu barədə qərar qəbul edib. "Neftçi" də 34 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etmək fikrində deyil.

 

Sadiqov başqa klubda çıxış etməkdə maraqlı olmadığından, butslarını mıxdan asmaq qərarına gəlib. Bununla belə, o "ağ-qaralar"dan ayrılmayacaq. Rəşadın "Neftçi"yə xidmətlərini nəzərə alan klub rəhbərliyi onunla əməkdaşlıq etmək fikrindədi. Ona komandalardan birində məşqçi kimi çalışmaq imkanı yaradılacaq. Böyük ehtimalla, Sadiqov əvəzedici komandanın məşqçilər korpusunda yer alacaq.


Digər xəbərlər

Xəbər xətti