U-17 Liqası: İntriqasız tur

21:10 3 Aprel 2018

Aprelin 2-də «Bakcell U-17 Liqası»nda 26-cı turun oyunları keçirilib. Paytaxtda baş tutan 4 oyunun 2-də gözlənilməz nəticə qeydə alınıb. Əyalətlərdə keçirilən 2 oyunda isə matçın favoritləri böyük hesablı qələbəyə seviniblər:

 

«Xəzər Lənkəran» - «Qəbələ» 0:3

Qollar: Taleh Hacızadə, 8; Hüseyn Mürsəlov, 80, 83.

 

«Keşlə» - «Neftçi» İK İB 2:2

Qollar: Uğur Cahangirov, 10; Samir Abdullayev, 25 – İlham Əsədov, 29, 37.

 

«Zirə» - «Kəpəz» 1:0

Qol: Allahyar İsgəndərov, 44.

 

Səbail – «Mil Muğan» 9:0

 

«Ağsu» - «Qarabağ» 0:5

«Səbail» - «Mil Muğan» matçında qollardan 5-i Xəyal Bədirlinin aktivindədir. Xəyaldan savayı «Səbail»dən Elşad Tağıyev, Aydın Ağazadə və Nazim Məmmədzadə fərqləniblər. Daha bir qol avtoqol olub. Təəssüf ki, bu oyunla yanaşı «Ağsu» - «Qarabağ» matçının da  protokolunu əldə edə bilmədiyimiz üçün məlumatları tam təqdim edə bilmirik.

 

«Neftçi» - «Sumqayıt» 1:1

Qollar: Vüsal Əsgərov, 45 – İbrahim Novruzov, 22.

Bombardirər: Nicat Musayev («Neftçi»), İbrahim Camalov («Qəbələ») – 21 qol.

 

U-17 Liqasında 27-ci turun oyunları aprelin 9-da keçiriləcək: «Kəpəz» - «Keşlə», «Neftçi» İK İB – «Səbail», «Mil Muğan» - «Xəzər Lənkəran», «Qəbələ» - «Neftçi», «Sumqayıt» - «Ağsu», «Qarabağ» - «Zirə».

 

Oyunların başlama saatı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

 


Digər xəbərlər

Xəbər xətti