İtaliya A seriyasında 27-ci turdan təxirə salınmış oyunlar keçirilir.
Sportarena.az xəbər verir ki, turun 3 oyunu daha öncə, martın 3-də keçirilmişdi. Lakin "Fiorentina"nın və İtaliya millisinin üzvü David Astorinin vaxtsız ölümü digər matçların təxirə salınmasına səbəb olmuşdu.
Turun 3 görüşü dünən keçirilib. "Cenoa" doğma meydanda "Kalyari"yə qalib gəlib. "Udineze" evdə "Fiorentina"ya, "Atalanta" isə "Sampdoriya"ya uduzub. Qalan 4 qarşılaşma isə bu gün baş tutacaq.
Ən diqqətçəkən oyun Milan şəhərinin əzəli rəqibləri - "İnter" və "Milan" arasında keçiriləcək.
İtaliya A seriyası, 27-ci tur
3 aprel
Cenoa - Kalyari 2:1
Atalanta - Sampdoriya 1:2
Udineze - Fiorentina 0:2
4 aprel
19:00 Benevento - Verona 3:0
20:30 Milan - İnter 0:0
20:30 Kyevo - Sassuolo 1:1
20:30 Torino - Krotone 4:1