"Möhtəşəm qol vurdum. Belə qol vuracağamı gözləmirdim".
Sportarena.az xəbər verir ki, bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/4 finalında "Yuventus"a 3:0 hesabı ilə qalib gəldikləri oyunda vurduğu 2-ci qolu şərh edərkən deyib.
Portuqaliyalı hücumçu millinin heyətində 2008-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qapısına aşırma zərbə ilə vurduğu qolu xatırlayıb:
"Bir dəfə də belə qol vurmuşdum. 2006-ci ildə keçirilən görüşdə top qapı tirinə dəymişdi. Şübhəsiz ki, “Yuventus”a vurduğum ikinci top mənim ən gözəl qolumdur”.