“Bavariya” Çempionlar Liqasının 1/4 finalının ilk qarşılaşmasında səfərdə “Sevilya”ya 2:1 hesabı ilə qalib gəlib.
Sportarena.az xəbər verir ki, “Bavariya”nın baş məşqçisi Yupp Haynkes üçün bu qələbə əlamətdar olub. O, Çempionlar Liqasının tarixinə düşüb. Təcrübəli mütəxəssis ÇL-də ardıcıl olaraq 12 oyunda qalib gələn ilk məşqçi olub.
Qeyd edək ki. Yupp Haynkes “Bavariya”ya yenidən ötən ilin payızından başçılıq edir. O, “Bavariya” ilə 2012/2013 mövsümündə ÇL-in qalibi olub.