İngiltərə Premyer Liqası son illərdə transferlərə xərclənən pullara görə dünyada liderlik edir. Transfer əməliyyatlarından futbol agentlərinin də milyonlarla funt gəlir götürdüyü məlumdur.
Sportarena.az xəbər verir ki, 01.02.2017 - 01.31.2018 periodunda yeni futbolçuların heyətə cəlb olunması üçün yüksək dəstə təmsilçiləri agentlərə ümumilikdə 211 milyon funt ödəyib. Bu, ötən ilki göstəricidən 37 milyon funt çoxdur. Siyahıda ilk yeri "Liverpull" tutur - 26.8 milyon funt. "Çelsi" 25.1 milyon funtla ikincidir. Ümumilikdə İngiltərənin 5 divizionunda çıxış edən klublar agentlərə 257 milyon funt ödəniş edib.
Futbolçu transferində 3-cü şəxslərin iştirakı məsələsi FİFA-nın da nəzərdən keçirdiyi məsələlərdən biridir. Qurumun yaxın illərdə bu istiqamətdə bəzi tədbirlər görəcəyi qeyd olunur. Daha öncə "Napoli"nin prezidenti Aurelio De Laurentis agentləri "futbolun bədxassəli şişi" adlandırmışdı.