Ronaldonun "Yuventus"a transferi niyə baş tutmayıb? - AÇIQLAMA

18:25 4 Aprel 2018

Çempionlar Liqasının 1/4 final mərhələsində “Yuventus”un qapısına vurduğu qolla dünya gündəminə oturan Kriştiano Ronaldo haqqında maraqlı faktlar ortaya çıxıb.

 

Sportarena.az xəbər verir ki, Ronaldo 18 yaşında olarkən “Yuventus”a trasfer olunacaqmış. Bu barədə “Yuventus”un keçmiş idman direktoru Lusiano Moqqi məlumat verib. O bildirib ki, Marselo Salasa görə Ronaldonun transferindən imtina etməli olublar:

 

“Məncə, hələ də Marselo Salasın lənəti mənim üzərimdədir. Onun üzündən dünyanın gəlmiş-keçmiş ən yaxşı oyunçularından birini itiridik. Bir dostum Ronaldonu məsləhət görmüşdü. O zamanlar 18 yaşında idi və “Sportinq"də (Lissabon) oynayırdı. Topu ayağına alanda qarşıdakı futbolçular onu sadəcə izləyirdi. 2003-cü il idi, “Sportinq”lə görüş təşkil etdim. 5 milyon avro + Marselonun transferini istədilər. Salasın transfer qiyməti isə ən az 10 milyon avro idi. Bizdə 32 matçda 4 qol vura bilmişdi. Ronaldonun xərci isə çox idi. Ancaq şübhəm yox idi. Onda çempion olacaq potensialı görmüşdüm. Salası Portuqaliyaya göndərmək istədim, amma getmədi. “Sportinq”ə isə başqa oyunçular təklif etdik, istəmədilər. Sonra Aleks Ferqyuson onu bir məşqdə kəşf etdi və anında 15 milyon verərək “Mançester Yunayted”ə transfer etdi”.


Digər xəbərlər

Xəbər xətti