U-16 Liqası: Mərkəzi oyun Binədə olacaq

11:39 5 Aprel 2018

Aprelin 5-də U-16 Liqasında 26-cı turun oyunları keçiriləcək. Lider «Qəbələ»nin istirahət etdiyi turda mərkəzi oyun Binə qəsəbə stadionunda keçiriləcək. Turnir cədvəlində 2-ci pillənin sahibi «Neftçi» 5-ci mövqedə qərarlaşmış «Keşlə»ni qəbul edəcək. 26-cı turun təqvimi aşağıdakı kimidir:

 

5 aprel (cümə axşamı)

13:00 «Vətən» - «Neftçi» İK İB

(«Neftçi Baza»)

 

13:00 «Neftçi» - «Keşlə»

(Binə qəsəbə stadionu)

 

15:00 «Turan» - «Zirə»

(Tovuz şəhər stadionu)

 

15:00 «Kəpəz» - «Səbail»

(Gəncə şəhəri, TİM-nin meydanı)

 

16:00 «Qarabağ» - «Sumqayıt»

(Binə qəsəbə stadionu)

Cəza səbəbindən turu buraxacaq futbolçular: Nemət Musayev («Kəpəz»), Şahmar Abbaszadə («Sumqayıt»), Rüstəm Rüstəmov («Zirə»).

 

«Het-trik news» qəzetinin layihəsi

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti