Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə ev matçında zədələnən “Liverpul”un futbolçusu Məhəmməd Salahın vəziyyətinə aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, misirli futbolçunun zədəsi ciddi deyil. Bu barədə Misir Futbol Federasiyasından xarici mətbuata verilən açıqlamada məlumat verilib. Məlumatda Salahın bir neçə günə tam bərpa olunacağı, onun dünya çempionatını buraxmaq riskinin olmadığı qeyd edilib.
Xatırladaq ki, “şəhərlilər”lə oyunda komandasının 3:0 hesablı qələbəsinə bir qolla töhfə verən Salah, 52-ci dəqiqədə zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.