Bakıda keçiriləcək Türk Universiadasına hazırlaşan futzal üzrə Azərbaycan yığma komandası növbəti yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, Yüksək Liqanın çempionu "Araz"la qarşılaşan yığmamız 4:9 hesabı ilə məğlub olub. Millinin qollarını het-trikə imza atan Ramiz Çovdarov və Kənan Manafov vurub.
Qeyd edək ki, yığmamız yarış çərçivəsində aprelin 7-də, saat 14:00-da Türkiyə millisi ilə qarşılaşacaq. Oyun Azərbaycan Texniki Universitetin idman zalında keçiriləcək.