İtaliya futbolunda növbəti qalmaqal - HK-nın sədri ölümlə hədələndi

14:47 6 Aprel 2018

İtaliyada Hakimlər Komitəsinin rəhbəri Marçello Nikkiyə içində güllə olan bağlama göndərilib.

 

Sportarena.az xəbər verir ki, bağlamanı ona İtaliya A Seriyasında tətbiq olunan videotəkrar sistemindən (VAR) narazı olan şəxs və ya şəxslər göndərib. Hazırda İtaliya polisi məsələ ilə bağlı araşdırma aparır.

 

Xatırladaq ki, ötən ay “Latsio” fanatları VAR sisteminin əleyhinə Hakimlər Komitəsinin ofisi önündə mitinq də təşkil etmişdilər. Onlar komandalarının beş oyunda məhz bu sistemin düzgün olmayan qərarları nəticəsində uduzduğunu iddia etmişdilər.


Digər xəbərlər

Xəbər xətti