PFL-də yeni təyinat

10:55 8 Aprel 2018

Peşəkar Futbol Liqasında vəzifə dəyişikliyi baş verib.

 

Sportarena.az xəbər verir ki, qurumun Texniki İdman Şöbəsinin rəisi postuna Nihad Məmmədov gətirilib. Məmmədov “Sumqayıt” klubuna idman-direktoru təyin olunan Zamiq Hüseynovu əvəzləyib.

 

Məlumat üçün bildirək ki, 2013-cü ildən Peşəkar Futbol Liqasında çalışan Nihad Məmmədov 2 ildi ki, Zamiq Hüseynovun müavini kimi fəaliyyət göstərirdi.


Digər xəbərlər

Xəbər xətti