“Mançester Siti” baş məşqçisi Xosep Qvardiolaya yeni müqavilə təklif edəcək.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə “şəhərlilər”in rəhbərliyinin komandanın son iki oyunda (“Liverpul” - 0:3, “Mançester Yunayted” - 2:3) məğlub olmasına baxmayaraq, ispan mütəxəssisə yeni müqavilə təklif edəcəyi qeyd edilib. MS Qvardiolaya 2020-ci ilə kimi müqavilə təklif edəcək. Yeni anlaşmaya əsasən, Pep Mançester təmsilçisində indikindən 5 milyon funt-sterlinq artıq, 20 milyon funt-sterlinq qazanacaq.
2016-cı ildən MS-nin “sükanı arxasında” olan, cari mövsümdə Premyer Liqa çempionluğunun bir addmlığında olan Qvardiolanın rəhbərliyin bu təklifinə isti baxdığı qeyd edilib.