La Liqanın 31-ci turunda “Atletiko Madrid”lə qarşılaşan “Real”ın azarkeşləri lağ hədəfinə çevrilib.
Sportarena xəbər verir ki, madrid klubunun fanatları matçın başlanğıcında qurulan xoreoqrafiyanı gerçəkləşdirə bilməyib. Qarşılaşamadan öncə qapı arxasındakəı sektorda açılması planlaşdırılan xoreoqrafiyada “Real”ın loqosu yaradılmalı idi. Lakin bəzi azarkeşlər yersiz müdaxilələr etdiyi üçün ortaya anlamsız bir görüntü çıxıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə və mediada yayılıb və gülüş hədəfi olub.