Vengerin yerinə həmyerlisi gətirilir?

17:34 9 Aprel 2018

“Arsenal” mövsümün sonunda baş məşqçi Arsen Venger ilə yollarını ayırmaq niyyətindədir.

 

Sportarena.az Fransanın “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” bu mövsüm avrokuboklara qatılma şansı əldə edə bilməsə, klub rəhbərliyi bir mövsümlük müqavilə müddəti qalan fransalını vəzifəsinə son verəcək.

 

Onun yerinə bir neçə namizəd var. Onlar arasında ən çox şansı olan Lusyen Favrdır. Hazırda “Nitsa”da çalışan Vengerin həmyerlisi “Arsenal”a daha yaxın olduğu bildirilir. Lakin bir müddətdir London komandasının almaniyalı baş məşqçi Tomas Tuçel ilə maraqlandığı da yayılan informasiyalar arasındadır.

 

Son 5 rəsmi maçtdan qalibiyyətlə ayrılan “Arsenal” bunun əvəzində Premyer Liqanın turnir cədvəlində 6-cı sırada yer alıb. Çempionlar Liqasına keçid üçün 13 xalı çatmayan “londonlular” Avropa Liqasında qalib gələcəyə təqdirdə, gələn mövsüm qitənin bir nömrəli klub turnirinə qatıla biləcək.

 

Qeyd edək ki, Venger 22 ildir "Arsenal"da çalışır.


Digər xəbərlər

Xəbər xətti