Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.
Sportarena.az xəbər verir ki, mükafat uğrunda mübarizəni davam etdirən komandalar aprelin 12-də ilk matçlarını keçirəcək. Peşəkar Futbol Liqasının rəsmi saytı bu mərhələdə üz-üzə gələn cütlərin ölkə kuboku tarixindəki duellərinin balansını təqdim edir.
Azərbaycan kuboku: 1/2 final
İlk oyunlar, 12 aprel
15. "Qəbələ" – "Neftçi" – 3 oyun, +0=3-0, top fərqi 3-3
İndiyədək 2 dəfə yolları kəsişən komandalar öz aralarında üç oyun keçiriblər. Hər üç qarşılaşma eyni hesablı heç-heçə ilə nəticələnib. Bu üzdən duellərin ikisinin də taleyinə penaltilər aydınlıq gətirib. “Neftçi” 4 il öncə finalda, 2 il əvvəl yarımfinalda qalib gəlib.
2013/14
final
Qəbələ - Neftçi (Bakı)
1:1, pen. 2:3
2015/16
1/2 final
Neftçi (Bakı) - Qəbələ
1:1, 1:1, p.4:3
16. "Keşlə" – "Sumqayıt" – indiyədək qarşılaşmayıbıar
Azərbaycan çempionatlarında dəfələrlə qarşılaşan komandalar ilk dəfə kubokda üz-üzə gələcək.