Futbol üzrə Türkiyə Superliqasında bu mövsümün yekunlarına görə elitanı tərk edən ilk klubun adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, “Karabükspor” mövsümün başa çatmasına 6 tur qalmış elita ilə vidalaşıb. Bu, 28-ci turun “Gənclərbirliyi” – “Qalatasaray” matçının nəticəsindən sonra dəqiqləşib. Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın da formasını geyindiyi Ankara təmsilçisi doğma meydanda İstanbul nəhənginə 1:0 hesabıyla qalib gəlməklə “Karabükspor”un Super Liqanı tərk etməsini rəsmiləşdirib.
“Karabükspor” hazırda 12 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Bu komandanı 15-cı pillədə olan “Gənclərbirliyi”ndən 18 xal ayırır. 16 və 17-ci sıralarda yer alan “Konyaspor” və “Osmanlıspor”un isə 28 xalı var.