Beqoviç "Şehiç kimi qapıçıya sahib olmağımız yaxşı haldı"

18:38 10 Aprel 2018

İngiltərənin “Bornmut” və Bosniya və Herseqovina millisinin qapıçısı Asmir Beqoviç millidəki komanda yoldaşı, “Qarabağ”ın qolkiperi İbrahim Şehiç barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı qolkiper İngiltərə mətbuatına açıqlamasında Şehiçlə rəqabətdən çəkinmədiyini deyib:

 

“Futbolda nədənsə qorxub çəkinsəydim, heç vaxt çətinliklərin öhdəsindən gələ bilməzdim. İbrahim Şehiç yığmanın son 2 oyununda yaxşı qapıçı olduğunu göstərdi. Hamımız Şehiçi əvvəldən də tanıyırdıq. Belə bir qapıçıya sahib olmağımız yaxşı haldı, çünki belədə komandada rəqabət yaranır. Bu cür vəziyyətdə hər bir qapıçı daha səylə və yaxşı çalışmağa məcbur olur. Özümə güvənirəm. Ustalıq keyfiyyətlərimə və işimə inanıram”.

 

Xatırladaq ki, Şehiç millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin başçılıq etdiyi Bosniya və Herseqovina yığmasının son 4 oyununda şans qazanıb, bu matçlarda qapısının toxunulmazlığını qoruyub saxlayıb.


Digər xəbərlər

Xəbər xətti