İniesta "Barselona"dan ayrılır? - "Çempionlar Liqasında son oyunum idi"

12:21 11 Aprel 2018

“Barselona”nın futbolçusu Andres İnyesta Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında “Roma” ilə keçirilən oyundan (0:3) sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, İnyesta olduqca zəif təsir bağışladıqlarını deyib. O, yayda “Barselona”nı tərk edə biləcəyinə də işarə edib:

 

“Belə məqamda nəsə demək çətindi. Biz buna hazır deyildik. Əgər çoxlu səhv edirsənsə, Çempionlar Liqasında bunu bağışlamırlar. Dəhşətli dərəcədə məyusuq. İlk hissədə olduqca zəif çıxış etdik, heç nə alınmadı. İkinci hissədə bir qədər artırsaq da, bu, yetərli olmadı. Biz başqa tempdə oynamalıydıq. Ola bilsin ki, bu mənim Çempionlar Liqasında son oyunum idi.

 

Turniri belə notda bitirmək çox ağırdı. İş yetərincə motivasiyanın olmamasında deyil. Bura Çempionlar Liqasıdı, burda gözlənilməzliklər baş verir. Biz fiaskoya uğradıq”.


Digər xəbərlər

Xəbər xətti