Yığmamız məğlubiyyətlə başladı

15:20 11 Aprel 2018

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edir.

 

Sportarena.az xəbər verir ki, millimiz turnir çərçivəsində bu gün ilk oyununa çıxıb. Komandamız Makedoniyadan olan həmyaşıdları ilə qarşılaşıb və görüş rəqibin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

U-17 turnirdə növbəti oyununu aprelin 13-də Xorvatiyaya qarşı keçiricək. Son qarşılaşma isə aprelin 15-də ev sahibi Bosniya və Herseqovina ilə olacaq.


Digər xəbərlər

Xəbər xətti