Yeni mövsümdən PSJ-ni çalışdıracaq Tomas Tuxelin Fransa təmsilçisiylə müqavilə şərtləri bəlli olub.
Sportarena.az "Ekip” nəşrinə istinadən xəbər verir ki, fransızlar alman mütəxəssislə 2+1 il müddətinə anlaşıb. Mənbə Qətərin Almaniyadakı səfirinin Tuxeli Qətər əmirinə tövsiyə etdiyini xüsusi vurğulayıb. "Ekip”dəki həmkarlarımız görüş zamanı Tuxelin fransızca danışmasının klub rəsmilərinin qərarında həlledici rol oynadığını da önə çəkib.
Alman çalışdırıcının qarşısına klubu Çempionlar Liqasında minimum yarımfinala çıxarmaq vəzifəsi qoyulub. PSJ-nin Liqa 1-də çempionluğunu rəsmiləşdirməsinin ardından qərarın rəsmi olaraq açıqlanacağı gözlənilir.