İspaniya çempionu “Real” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində rəqibi olan İtaliya “Yuventus”unu mübarizədən kənarlaşdıracağı halda yeni rekorda imza atacaq.
Sportarena.az xəbər verir ki, ilk oyunda 3:0 hesabıyla qalib gələn Madrid təmsilçisi revanş matçında sürprizə imkan verməsə, ÇL tarixində 29-cu dəfə yarımfinalda mübarizə aparacaq. Bu isə sözügedən klubun özünə aid olan rekordu yeniləməsinə şərait yaradacaq.
“Real”dan sonra ÇL-də ən çox yarımfinal oynayan İspaniyanın digər təmsilçisi “Barselona”dı. Lakin Kataloniya klubu cəmi 15 dəfə finala çıxmaq uğrunda mübarizə aparmaq şansı qazanıb. İtaliya təmsilçisi “Milan” isə 12 dəfə yarımfinal oynayıb və bu göstəricidə üçüncüdü.
“Real” bu mövsüm ÇL-in qalibi olmaqla daha bir ilkə imza ata bilər. Belə ki, son iki mövsümdə turnirin qalibi olan Madrid təmsilçisi indi bu rekordu da yeniləmək şansına malikdi.