"Fənərbaxça"nın ötən yay "Zenit"dən transfer etdiyi Julianoya Bundesliqadan təklif var.
Sportarena.az xəbər verir ki, "Bayer Leverkuzen" braziliyalı xavbekə görə 15 milyon avro ödəməyə hazırdır. "Aspirinlər" növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün möhkəm heyət formalaşdırmağa çalışır.
Maliyyə feyr-pleyi qaydalarına riayət etməli olan "Fənərbaxça" bütün təkliflərə açıq olsa da, 15 milyon avroya razı deyil.
"Sarı-lacivərtlilər" Julianonu 7 milyon avroya transfer etmişdi.