Çempionlar Liqasında 1/4 final mərhələsinin dünən keçirilən cavab oyunlarından sonra ən çox qurtarış edən qapıçıların siyahısında dəyişiklik olub.
Sportarena.az xəbər verir ki, “Barselona”nı mübarizədən kənarlaşdıraraq, yarımfinala vəsiqə qazanan “Roma”nın qapıçısı Alisson Beker 1-ci yerə yüksəlib.
Qurtarış sayını 38-ə yüksəldən braziliyalı qolkiper uzun müddətdi bu siyahıda lider olan “Qarabağ”ın qapıçısı İbrahim Şehiçi üstələyib. Şehiçin aktivində 6 oyuna 35 qurtarış var.
Ümumi sıralama isə bu cürdür:
1. Alisson Bekker ("Roma") - 38
2. İbrahim Şehiç ("Qarabağ") - 35
3. Andrey Pyatov ("Şaxtyor") - 32
3. Yasmin Handanoviç ("Maribor") - 32
5. İqor Akinfeyev (MOİK, Moskva) - 29