Bu gündən etibarən Bakı Olimpiya Stadionunda UEFA-nın və AFFA-nın təşkilatçılığı ilə stüard təlimçilərinin hazırlanması məqsədilə seminar başlayıb.
Sportarena.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Topaz Premyer Liqasında iştirak edən klubların, Bakı Olimpiya Stadionunun və AFFA-nın əməkdaşları iştirak edir.
2019-cu ildə Bakıda keçiriləcək Avropa Liqası turnirinin final oyununa və Avro-2020-nin paytaxtımızda təşkil olunacaq 4 qarşılaşmasına hazırlıq çərçivəsində təşkil olunmuş təlimin əsas məqsədi təhlükəsizlik, mühafizə və xidməti özündə birləşdirən müasir stüard sisteminin formalaşdırılması üçün təcrübəli təlimçilərin hazırlanmasıdı. Seminar aprelin 16-da başa çatacaq.
Analoji tədbirlər 2020-ci ilə qədər bir neçə dəfə təşkil olunacaq.