UEFA Fransanın PSJ klubunun sponsorluq müqavilələrindəki mümkün pozuntuları araşdırır.
Sportarena.az xəbər verir ki, Paris klubu sponsor gəlirləri barədə 200 milyon avro məbləğində şişirdilmiş rəqəm təqdim edib. Bu vəsait ötən yay Neymarın "Barselona"dan transferinə sərf olunub.
UEFA PSJ-nin sponsor anlaşmalarını yoxlamasını "Octagon" şirkətinə həvalə edib. Qurum məsələ ilə bağlı yekun qərarı maliyyə ili yekunlaşdıqdan sonra verəcək.
Maliyyə feyr-pleyi qaydalarının pozulduğu təsdiqlənsə, Fransa klubu böyük məbləğdə cərimələnə və ya Çempionlar Liqasında iştirakdan kənarlaşdırıla bilər.