"Xəzər"in futbolçusu cəzalandırıldı - Təhqirə görə

15:16 12 Aprel 2018

 

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportaren.az xəbər verir ki, iclasda Birinci Divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib:

 

22-ci turub “Şüvəlan” - “Sabah” matçının 66-cı dəqiqəsində “Sabah”ın futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

 

22-ci turun “Xəzər” - MOİK matçının 90+4-cü dəqiqəsində “Xəzər”in futbolçusu Tanrıverdi Məhərrəmli təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.

 

22-ci turun “Mil-Muğan” - “Qaradağ Lökbatan” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti