Samir Abbasov texniki zonadan qovuldu - FOTO

17:42 12 Aprel 2018

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Keşlə” “Sumqayıt”ı qəbul edir. 

 

Sportarena.az xəbər verir ki, “İnter Arena”da keçirilən oyunun son dəqiqələrində gərgin anlar yaşanıb. Belə ki, matçın baş hakimi Rəhim Həsənov epizodlardan birinə sərt etiraz edən qonaq komandanın baş məşqçisi Samir Abasovu tribunaya göndərib.

 

FİFA referisinin bu qərarı Abasovun özünün və “Sumqayıt”ın məşqçilər korpusunun kəskin etirazına səbəb olub. Bir müddət qışqıraraq baş hakimə etiraz edən gənc mütəxəssis sonda referinin qərarına əməl edib.

 

Hazırda son dəqiqələri oynanılan qarşılaşmada hesab açılmayıb.



Digər xəbərlər

Xəbər xətti