Çempionlar Liqasının 1/2 final mərhələsində "Liverpul" və "Roma" münasibətlərini aydınlaşdıracaq. Bu klublar 1984-cü il Kuboklar kubokunun da finalında qarşılaşmış və "qırmızılar" penaltilər seriyasında qalib gəlməklə titula sahib çıxmışdı.
Sportarena.az xəbər verir ki, "Roma"nın idman direktoru Ramon Monçi püşkatmanı dəyərləndirərkən bu məqama diqqət yetirib.
"1984-cü ildəki finalın revanşını almaq üçün əla imkandır. Bizimlə "Mançester Siti"ni mübarizədən kənarda qoyan güclü rəqib oynayacaq. Öz komandamızı düşünürük və "Barselona"ya etdiklərimizi təkrarlamaq istəyirik. Bu nəticə özünəinamı artıracaq, amma "Liverpul"la oyunlar tam başqa hadisədir".