Bu gün İtaliya A Seriyasında 32-ci tura start veriləcək.
Sportarena.az xəbər verir ki, turun ilk oyununda “Kalyari” “Udineze”ni qəbul edəcək. Lider “Yuventus” bazar günü evdə “Sampdoriya” ilə üz-üzə gələcək.
Bazar günü həmçinin, bütün futbol dünyanın diqqət mərkəzində olacaq Roma derbisi də baş tutacaq. “Əbədi şəhər”in iki əzəli rəqibi - “Latsio” və “Roma” hər iki komandaya doğma olan “Olimpiko”da münasibətlərinə aydınlıq gətirəcəklər.
Turun son oyununda “Milan” “Yuve”nin çempionluq yolunda ən yaxın izləyicisi “Napoli”ni qəbul edəcək.
İtaliya A Seriyası, 32-ci tur
14 aprel
17:00 Kalyari - Udineze 2:1
20:00 Kyevo - Torino 0:0
20:00 Cenoa - Krotone 1:0
22:45 Atalanta - İnter 0:0
15 aprel
14:30 Fiorentina - SPAL 0:0
17:00 Bolonya - Verona 2:0
17:00 Yuventus - Sampdoriya 3:0
17:00 Sassuolo - Benevento 2:2
20:00 Latsio - Roma 0:0
22:45 Milan - Napoli 0:0