Qurbanovlu milli üçün daha bir rəqib

16:16 16 Aprel 2018

Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən, iyunun 5-də Astana şəhərində Qazaxıstan və Azərbaycan milliləri arasında yoldaşlıq oyunu keçiriləcək.

 

Bu razılaşma çərçivəsində milli komandaların oyunundan bir gün əvvəl - iyunun 4-də, Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

 

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 17:00-da, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın qarşılaşması isə saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti