Fransa Liqasının 33-cü turunda "Monaco"nu qəbul edən PSG 7:1 hesablı qələbə qazanaraq çempionluğu rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, "moneqasklar" bu sarsıdıcı məğlubiyyətdən sonra Parisə gələn azarkeşlərinin bilet pulunu geri ödəmək qərarı qəbul edib. Prosedurun detalları haqqında həftə içi məlumat veriləcək.
Qeyd edək ki, "Monaco" ötən mövsüm PSG-ni qabaqlayaraq Fransa çempionu olmuşdu.