"Borussiya" "qol silahı"nı itirdi

22:07 16 Aprel 2018

"Borussiya"nın heyətində ciddi itki baş verib.

 

Sportarena.az xəbər verir ki, Dortmund klubunun futbolçusu Miçi Batşuayi sıradan çıxıb. Almaniya Bundesliqasının 30-cu turunda "Şalke" ilə qarşılaşmada zədələnən (0:2) belçikalı hücumçunun durumu ciddidi. Klubun yaydığı açıqlamada qeyd olunur ki, ayağından zədə alan futbolçu mövsümü erkən başa vurmalı olub.

 

Qeyd edək ki, Batşuayi "Borussiya"ya qış fasiləsində "Çelsi"dən transfer olub. 24 yaşlı futbolçu dortmundluların heyətində meydana çıxdığı 10 matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti