AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda birinci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Birinci divizionun 23-cü turunun “Qaradağ Lökbatan” - “Zaqatala” matçının 43-cü dəqiqəsində qonaqların futbolçusu Nicat Muxtarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
“Ağsu” - “Mil-Muğan” matçında İmişli klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 57-ci dəqiqəsində “Mil-Muğan”ın üzvü Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 160 manat cərimə olunub.
“Binə” - “Şüvəlan” matçı başa çatdıqdan sonra “Binə” klubunun rəsmi şəxsləri Rəhman Cəfərov, Süphan Əliyev, Сavid Tanrıverdiyev meydançaya daxil olaraq hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalnıb, klub 1200 manat cərimə olunub.