"Çelsi"nin futbolçusu cəzalandırıla bilər

18:48 17 Aprel 2018

İngiltərə Futbol Assosasiyası (FA) "Çelsi"nin müdafiəçisi Markos Alonsonu cəzalandıra bilər.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı futbolçunu Premyer Liqanın 34-cü turunda "Sauthempton" ilə oyunda (3:2) etdiyi hərəkətə görə diskvalifikasiya gözləyir. O, Şeyn Lonqa qarşı kobud oynasa da, baş hakim Mayk Din heç sarı vərəqəyə də əl atmamışdı. FA-nın İntizam Komitəsi araşdırma apardıqdan sonra futbolçunu cəzalandırmaq istəyir.

 

"Southampton"un baş məşqçisi Mark Hyuz oyundakı idarəçilikdən narazılığını bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti