Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları üçün bütün təyinatlar açıqlanıb.
Sportarena.az xəbər verir ki, ilk finalçının adnın müəyyənləşəcəyi "Sumqayıt" - "Keşlə" oyunu FİFA referisi Əliyar Ağayevə həvalə olunub. "Neftçi" - "Qəbələ" matçının əsas hakimi isə Rauf Cabbarov olacaq.
Azərbaycan kuboku: 1/2 final, cavab oyunları
18 aprel
Sumqayıt - Keşlə (ilk oyun 0:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
Sumqayıt. Şəhər stadionu, 17:00
Neftçi - Qəbələ (2:1)
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. 8-ci km stadionu, 20:00