Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, ilk finalçı Sumqayıtda bəlli olacaq. "Sumqayıt" səfərdə 0:1 hesabıyla uduzduğu "Keşlə"dən əvəz çıxmağa çalışacaq. Digər cütdə "Neftçi" "Qəbələ"ni qəbul edəcək. Tərlan Əhmədovun yetirmələri Qəbələdə keçirilən ilk matçda 2:1 hesabıyla qalib gələrək, cavab oyunu öncəsi böyük üstünlük əldə edib.
Azərbaycan kuboku: 1/2 final, cavab oyunları
18 aprel
17:00 Sumqayıt - Keşlə 1:1 (ilk oyun 0:1)
Qol: Cavid İmamverdiyev, 64 - Seza Meza Kolli, 62.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
Sumqayıt. Şəhər stadionu
20:00 Neftçi - Qəbələ 1:3 (ilk oyun 2:1)
Qol: Soni Mustavi, 10 - Baqali Dabo. 20; 30. Cavid Hüseynov, 61-p.
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. 8-ci km stadionu