Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Aşağı liqa təmsilçilərindən “Le Erbye” doğma meydanda “Şambli” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə iki cavabsız qolla qalib gələrək ilk finalçı olublar.
Digər finalçının adına “Kan” - PSJ matçında aydınlıq gələcək.
Fransa Kuboku, Yarımfinal
17 aprel
Le Erbye – Şambli 2:0
18 aprel
23:05. Kan - PSJ 1:3